TTSİ-də tətbiq edilən standartlar

Haqqında

Haqqında

A PHP Error was encountered

Severity: Notice

Message: Undefined variable: gallery

Filename: categories/photo_slide_section.php

Line Number: 25

Backtrace:

File: C:\xampp\htdocs\application\views\user_site\contents\categories\photo_slide_section.php
Line: 25
Function: _error_handler

File: C:\xampp\htdocs\application\views\user_site\contents\catg_subcatg_content.php
Line: 8
Function: view

File: C:\xampp\htdocs\application\views\user_site\includes\template.php
Line: 2
Function: view

File: C:\xampp\htdocs\application\controllers\Pages.php
Line: 35
Function: view

File: C:\xampp\htdocs\index.php
Line: 292
Function: require_once

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: categories/photo_slide_section.php

Line Number: 25

Backtrace:

File: C:\xampp\htdocs\application\views\user_site\contents\categories\photo_slide_section.php
Line: 25
Function: _error_handler

File: C:\xampp\htdocs\application\views\user_site\contents\catg_subcatg_content.php
Line: 8
Function: view

File: C:\xampp\htdocs\application\views\user_site\includes\template.php
Line: 2
Function: view

File: C:\xampp\htdocs\application\controllers\Pages.php
Line: 35
Function: view

File: C:\xampp\htdocs\index.php
Line: 292
Function: require_once

TTSİ-də tətbiq edilən standartlar

SOCAR öz fəaliyyətini beynəlxalq idarəetmə sistemləri olan ISO standartları əsasında qurmuşdur. Müəssisədə hazırda ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemi), OHSAS 18001 (Əməyin mühafizəsi idarəetmə sistemi), ISO/IEC 17024 (Personalın sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi şərtlər), ISO/IEC 17025 (Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üzrə ümumi şərtlər) beynəlxalq standartları tətbiq edilmişdir. Qeyd olunan standartların tətbiqi daxili və xarici bazarda müəssisənin müsbət imicinin formalaşmasına, idarəetmədə daha müasir metodların istifadəsinə, sifarişçilərin tələblərinə uyğun olaraq sənədləşdirmə işlərinin aparılmasına, işlərin təhlükəsiz şəraitdə, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirilməsinə, uyğunsuzluqların vaxtında aşkar edilməsinə və aradan qaldırılmasına, komanda şəklində işləmək bacarığının təkmilləşdirilməsinə və davamlı sifarişçi-podratçı münasibətlərinin qorunub saxlanılmasına yönəlmişdir. SOCAR-ın təlim fəaliyyəti zamanı müxtəlif peşələr üzrə yüksək nəticə göstərən dinləyicilərə ISO/IEC 17024 standartının tələblərinə uyğun olaraq beynəlxalq sertifikatlar təqdim edilməkdədir. TTSİ-də fəaliyyət göstərən fiziki və mexaniki sınaq laboratoriyaları ISO/IEC 17025 standartını tətbiq etməklə qaynaqçıların sertifikatlaşdırılması zamanı namizədlərin praktiki qaynaq işlərinin fiziki və mexaniki üsulla sınaqlarını həyata keçirir. Qeyd edilən standartlar üzrə ildə bir dəfədən az olmayaraq müvafiq sertifikatlaşdırma orqanları tərəfindən nəzarət auditləri keçirilməklə standartların tətbiqinin uyğunluğu qiymətləndirilir.
Həmçinin, tədris olunan təlim kursları Beynəlxalq Standartlaşdırma Təşkilatının “İSO 29990: 2010 - Qeyri-formal təhsil və təlimlər üzrə öyrənmə xidmətləri - Xidmət göstərənlərə dair ilkin tələblər” əsasında Fransanın “Bureau Veritas” təşkilatı tərəfindən audit edildikdən sonra akkreditə olunmuşdur.
Bununla yanaşı, müəssisələrdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində çalışan işçilər üçün tədris olunan təlim kursu Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun (İOSH) “Təhlükəsiz idarəetmə” təlim paketi üzrə lisenziyalaşdırılmışdır.
TTSİ-nin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi Böyük Britaniyanın Dənizdə Neft Sənayesi sahəsində Təlim Təşkilatı (OPITO) tərəfindən müəyyən edilmiş standartlara əsasən, stolüstü və sahə auditi prosedurlarını müvəffəqiyyətlə başa vuraraq Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET); Batmaqda olan helikopterdən təxliyə üzrə təlim (HUET) və Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının keçirilməsi üzrə akkreditasiya edilmişdir. Bununla, İdarə Xəzər dənizi regionunda təlim xidmətlərinin təminatçısı olaraq OPİTO şəbəkəsinin azsaylı üzvlərindən birinə çevrilmişdir. Nəticə etibarilə, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində BOSİET, HUET və FOET kimi təlim kurslarını uğurla bitirən dinləyicilər OPITO-nun məlumat bazasına daxil edilir və verilən aidiyyəti sertifikatlar beynəlxalq səviyyədə tanınır.
Bununla bərabər, SOCAR-ın regionda həyata keçirdiyi irimiqyaslı layihələr çərçivəsində neft-qaz istehsalat obyektlərində çalışan texniki heyətin peşə hazırlığını təkmilləşdirmək məqsədilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi növbəti uğura imza atmışdır. Belə ki, 1878-ci ildə Böyük Britaniyada əsası qoyulmuş, dünyanın 6 regionunda (Avropa, Yaxın Şərq, Asiya, Sakit Okean, Afrika, Amerika) 100-dən çox ölkədə 1300 nəfərlik işçi heyətindən və 200 nəfərlik təlim məsləhətçi şəbəkəsindən ibarət olmaqla, 350-dən çox işəgötürəni öz ətrafında birləşdirən, sənayenin 28 sektorunda 600 ixtisas üzrə ildə təxminən 1000000 sertifikat təqdim edən və hazırkı dövrədək 10000-dən çox təlim mərkəzini akkreditasiya etmiş qlobal səviyyədə nüfuza malik City & Guilds Group Kvalifikasiya qurumu (The City and Guilds of London Institute) tərəfindən TTSİ-nin Qobustan regional təlim mərkəzi akkreditasiya edilmiş, eləcə də Mərkəzin tədris etdiyi 3 ixtisas (Avadanlıqlara texniki xidmət texnologiyaları; Qaynaq-quraşdırma texnologiyaları; Elektrik-elektronika texnologiyaları) beynəlxalq təşkilat tərəfindən tanınmışdır.
Eyni zamanda, TTSİ tərəfindən tədris olunan 33 ixtisas üzrə yeni fəhlə kadrlarının hazırlanması kursları AZS standartı əsasında akkreditasiya edilmişdir.