Dənizçilik, dalğıc və üzgüçülük

Haqqında

Haqqında

A PHP Error was encountered

Severity: Notice

Message: Undefined variable: gallery

Filename: categories/photo_slide_section.php

Line Number: 25

Backtrace:

File: C:\xampp\htdocs\application\views\user_site\contents\categories\photo_slide_section.php
Line: 25
Function: _error_handler

File: C:\xampp\htdocs\application\views\user_site\contents\catg_subcatg_content.php
Line: 8
Function: view

File: C:\xampp\htdocs\application\views\user_site\includes\template.php
Line: 2
Function: view

File: C:\xampp\htdocs\application\controllers\Pages.php
Line: 35
Function: view

File: C:\xampp\htdocs\index.php
Line: 292
Function: require_once

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: categories/photo_slide_section.php

Line Number: 25

Backtrace:

File: C:\xampp\htdocs\application\views\user_site\contents\categories\photo_slide_section.php
Line: 25
Function: _error_handler

File: C:\xampp\htdocs\application\views\user_site\contents\catg_subcatg_content.php
Line: 8
Function: view

File: C:\xampp\htdocs\application\views\user_site\includes\template.php
Line: 2
Function: view

File: C:\xampp\htdocs\application\controllers\Pages.php
Line: 35
Function: view

File: C:\xampp\htdocs\index.php
Line: 292
Function: require_once

Dənizçilik, dalğıc və üzgüçülük

Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzi (DİHMÜTM) SOCAR - ın 17.05.2007 - ci il tarixli 93 saylı əmri ilə SOCAR - ın struktur bölməsi olmuş Xəzər Dəniz Neft Donanmasının tabeliyində yaradılmışdır. DİHMÜTM SOCAR - ın 30.06.2011 - ci il tarixli 92 saylı əmri ilə SOCAR - ın strukturunda yeni yaradılmış Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin birbaşa tabeçiliyinə verilmişdir. DİHMÜTM - də Beynəlxalq Dəniz Təşkilatının (İMO) “Dənizçilərin hazırlanması, onlara sertifikatların (diplomların) verilməsi və növbə çəkmə”yə dair Beynəlxalq Konvensiyasının (STCW-78), Model kursların, “Dəniz neft - qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyyə” adlı Qətnaməsinin (Qətnamə A.891 (21)) və Beynəlxalq Dəniz Podratçıları Assossasiyasının (İMCA) tələblərinə uyğun kursların tədrisi və təlimlərin təşkili həyata keçirilir. DİHMÜTM - nin əsas məqsədi stasionar plotformalarında, dəniz neft - qaz qurğularında işləyən neftçilərin və gəmilərdə çalışan dənizçilərin İMO - nun müvafiq Konvensiyalarının, Model Kursların və Qətnalərinin tələbləri və İMCA - nın müvafiq standartları əsasında hazırlanmasından ibarətdir. DİHMÜTM - nin inzibati binasında dinləyicilər üçün avadanlıqlarla, kompyuterlərlə, proyektorlarla və slaydlarla təchiz olunmuş ixtisaslaşdırılmış sinif otaqları, dinləyicilərin tədris dövründə müvafiq ədəbiyyatlarla və əlavə tədris vəsaitlərilə təmin etmək üçün zəngin kitabxana fəaliyyət göstərir. DİHMÜTM - də praktiki məşğələlər ixtisaslaşmış üstüörtülü hovuzda, dənizdə yerləşən sağqalma üzrə xilasedici təlim bloklarında və müvafiq yanğın qurğuları, tüstü labirintləri və yanğınla mübarizə trenajorları ilə təchiz olunmuş poliqonda, o cümlədən inzibati binada yerləşən trenajorlarda aparılır.
Sadalanan yerlərdə olan trenajorlar aşağıdakılardır: İxtisaslaşmış üstüörtülü hovuzda (ölçüləri: Eni 21m x Uz. 50m) yerləşən trenajor və avadanlıqlar: - Xilasedici qayıq; - Helikopter kabinası trenajoru; - Suya 1 və 3 metr hündürlükdən tullanmaq üçün tramplin; - Sudan insanı qaldırmaq üçün bucurqad; - Elektrik mühərriki ilə təmin olunmuş sürətli qayıq; - Suya atılan tipli xilasedici sal; - Hovuzda süni dalğalanma yaradan qurğu; - Hovuzda süni külək və yağış yaradan qurğu; - Hovuzda səs effekti yaradan qurğu. Estakadada bloklar üzərində yerləşən trenajor və avadanlıqlar: - Qravitasiya və ya aşırma tipli xilasetmə qayıqları; - Təxliyə corabı (Vikinq); - Suya endirilən tipli xilasetmə Salı (Vikinq); - Vertolyot bucurqadı; - Sürətli qayıq; - Lazımi avadanlıqlarla təchiz olunmuş Dalğıc stansiyası. Poliqonda yerləşən trenajorlar: - Su ilə mübarizə trenajoru; - Tüstü labirinti trenajoru; - Yanğınla mübarizə trenajoru; - Barokamera və dalğıc sinfi. DİHMÜTM - də Beynəlxalq Dəniz Təşkilatının (İMO) “Dənizçilərin hazırlanması, onlara sertifikatların (diplomların) verilməsi və növbə çəkmə”yə dair Beynəlxalq Konvensiyasının (STCW-78), Model kursların, “Dəniz neft - qaz qurğularının heyətlərinin hazırlanmasına dair Tövsiyyə” adlı Qətnaməsinin (Qətnamə A.891 (21)) və Beynəlxalq Dəniz Podratçıları Assossasiyasının (İMCA) tələblərinə uyğun olaraq aşağıda adları qeyd olunan 38 kurs üzrə stasionar plotformalarında, dəniz neft - qaz qurğularında işləyən neftçilərin və gəmilərdə çalışan dənizçilərin hazırlanmasına dair tədrisin və təlimlərin təşkili Beynəlxalq sertifikatlara malik və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında attestasiyadan keçmiş mərkəzin mütəxəssisləri tərəfindən həyata keçirilir.
1. Təhlükəli və zərərli yüklərin daşınması;
2. Sərnişinlərə bilavasitə xidmət göstərən heyət üzvləri üçün təhlükəsizlik üzrə hazırlıq;
3. Gəmi mühafizəsi üzrə məsul şəxs;
4. Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı;
5. Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat;
6. "Yanğınla mübarizə" geniş proqram üzrə;
7. Sürətli xilasetmə qayıq mütəxəssisi;
8. Sürətli olmayan qayıq və sallar üzrə mütəxəssis;
9. Gəmidə ilk tibbi yardım;
10. Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya;
11. Gəmidə tibbi nəzarət;
12. Əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə (sıravi heyət üzvləri üçün);
13. Əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə (komandir heyəti üzvləri üçün);
14. Neftdaşıyan tankerlərdə yük əməliyyatına dair geniş proqram üzrə hazırlıq;
15. Elektron xəritə displeyinin və informasiya sistemlərinin istismar qaydaları
16. İzdihamın idarə olunması üzrə hazırlıq;
17. Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;
18. Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;
19. Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün xilasedici qayıq və sallar, növbətçi qayıqlar, sürətli olmayan növbətçi qayıqlar üzrə mütəxəssislərin hazırlığı;
20. Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq;
21. Maşın şöbəsinin resurslarının idarə olunması;
22. Sərnişinlərin, yükün və gövdənin təhlükəsizliyi üzrə hazırlıq;
23. Liderlik və heyətlə iş birliyi;
24. Yanğın texniki minimumu;
25. "İlk tibbi yardım" (Sağlamlıq, Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası idarə etmə sistemi);
26. III iş qrupu üzrə 3-cü dərəcəli dalğıc hazırlığı (xilasedici dalğıc);
27. I-II iş qrupu üzrə 4-cü dərəcə dalğıcların hazırlanması (İstehsalat dalğıcları);
28. 4-cü dərəcə I-II iş qrupundan 5-ci dərəcəli I-II iş qrupuna dalğıc ixtisası üzrə təkmilləşdirmə;
29. 5-ci dərəcə I-II iş qrupundan 6-cı dərəcəli I-II iş qrupuna dalğıc ixtisası üzrə təkmilləşdirmə;
30. Suya düşmüş helikopterdən xilasolma üzrə təlimləri öyrədən dalğıc hazırlığı (HUET Dalğıc);
31. "Dalğıc qaynaqçı - kəsici ixtisası üzrə hazırlanma" kursu;
32. Dalğıcların tibbi təminatı;
33. Dənizdə işləyən neftçilər və gəmi heyət üzvləri üçün sağ qalma metodikası, fərdi xilasetmə vasitələrindən istifadə və üzgüçülüyün əsasları;
34. Dənizdə işləyən neftçilər və gəmi heyət üzvləri üçün sağ qalma metodikası, fərdi xilasetmə vasitələrindən istifadə və üzgüçülüyün təkmilləşdirilməsi;
35. “Stasionar dəniz platformaları və üzən qazma qurğularında yanğınla mübarizə, yanğın qruplarının təşkili və rəhbərlik” (rəhbər heyət üzvləri üçün);
36. Üzgüçülük üzrə Attestasiya;
37. Xilasedic matrosların təkmilləşdirilməsi;
38. Dalğıc işləri rəhbəri.
39. Yanğın zamanı ilkin yanğınsöndürmə vasitələrindən istifadə və onlarla davranış qaydaları
40. Xəsarət alana ilk tibbi yardımın göstərilməsi
Dənizçilərin və dənizdə işləyən neftçilərin həyatının xilas edilməsi məqsədi ilə məşqlərin keçirilməsi üçün ötən dövr ərzində “Üstü bağlı” təlim hovuzu tikilib istifadəyə verilmişdir. Uzunluğu 50 metr, eni 21 metr, 3000 kubmetr tutuma malik hovuzun dərinliyi 1,8 metrdən 4 metrə qədərdir. Hovuz su üzrə müasir təmizləyici, suyun isidilməsi və dalğa yaradan simulyativ sistemlərlə təchiz edilmişdir. Burada 16 nəfərlik tanker tipli qravitasiya qayığı, “Vikinq” tipli endirilən və atılan sallar, eləcə də “PSN-6” tipli aviasiya salı quraşdırılmışdır ki, bu da gələcəkdə təlim kursalarının sayının və keyfiyyətinin artırılması məqsədilə DİHMÜTM - də OPİTO standartına uyğun olan digər kursların da təşkilinə imkan yaradır. 2016 - cı ilin sonuncu rübündə DİHMÜTM - nin OPİTO tərəfindən tam olaraq akkreditasiya olunması və OPİTO standartlarına uyğun olaraq aşağıda adları qeyd olunan kursların tədrisi planlaşdırılır: Dənizdə təhlükəsizlik və föqalədə hallar üzrə ilkin tanışlıq və əsas təlimlər (BOSIET); Suya düşmüş helikopterdən xilasolma üzrə təlimlər (HUET); Dənizdə fövqəladə hallar üzrə digər təlimlər (FOET). DİHMÜTM - də 1 nəfər Baş usta, 4 nəfər nəzəri tədris mütəxəssisi, 9 nəfər İstehsalat - təlimi ustası, 1 nəfər həkim - fizioloq, 4 nəfər böyük dalğıc mütəxəssisi, 1 nəfər suya enmə üzrə mütəxəssis və 1 nəfər metodist tədrisi aparır və nəzarət edir. Ümumilikdə, DİHMÜTM - nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin strukturuna verildiyi vaxtdan (30.06.2011 - ci il tarixindən) keçən dövr ərzində, 21.12.2015 - ci il tarixinə kimi 26 783 nəfər dinləyici DİHMÜTM - də müxtəlif kurslara cəlb edilmişdir ki, onlardan 20 145 nəfəri SOCAR - dan, 6 636 nəfəri kənar neft - qaz və dənizçilik şirkətlərindən və fiziki şəxslərdən ibarət olmuşdur. Dəniz neft - qaz qurğularında işləyən işçilərin təhlükəsizliyinin təmin edilməsi mühüm məsələlərdən sayılır və SOCAR bu istiqamətdə Beynəlxalq konvensiyaların tələblərini əsas tutaraq dənizdə insan həyatının təhlükəsizliyinin təmin edilməsi siyasətini davam etdirir. DİHMÜTM İMO və İMCA tələblərinə uyğun olaraq dənizçilərin və dənizdə işləyən neftçilərin bilik və bacarıqlarının artırılması ilə bağlı aşağıdakı istiqamətlər üzrə tədris həyata keçirən və müasir maddi - texniki bazaya malik Azərbaycan Respublikasında yeganə təlim mərkəzidir: Dalğıc sahəsi üzrə - Dalğıc və Qəza - xilasetmə İşləri İdarəsinin və digər kənar təşkilatların sifarişi əsasında DİHMÜTM - də İstehsalat və xilasedici dalğıcların hazırlığı, dalğıcların tibbi təminatı və dalğıc sahəsi ilə əlaqədar müxtəlif ixtisasartırma kurslarının keçirilməsi üçün dalğıc avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, dalğıc stansiyası, barokamera trenajoru mövcuddur; Üzgüçülük sahəsi üzrə - Dənizdə işləyən neftçilər və gəmi heyət üzvlərinə üzmə üsullarını öyrətmək, müxtəlif hava şəraitlərində üzmə qabiliyyətini aşılamaq, insanlara hər hansı səbəbdən dənizə düşdüyü halda sağqalma metodikasının öyrədilməsi, xəzər dənizində neft və qaz sənayesində çalışan işçilərin təhlükəsiz əmək şəraitinin beynəlxalq standartlara uyğun şəkildə qurulması üçün “Üzgüçülük üzrə hazırlıq, üzgüçülüyün təkmilləşdirilməsi və attestasiyası” istiqamətində kurslar təşkil olunur; Sağ qalma uğrunda mübarizə üzrə - Xilasedici qayıqların, salların, xilasedici jiletlərin, hidrokostyumların, xilasedici dairələrin, Növbətçi qayıqların, sürətli və sürətli olmayan xiasetmə qayıqların quruluşunu, avadanlığını, onların təchizatının, qayığı endirmə və qaldırma zamanı təhlükəsizlik tədbirlərini, aşmış qayığın və salın əvvəlki vəziyyətinə qaytarılma üsullarını, əlverişsiz hava şəraitində qayığının və idarə edilməsini, qayığın mühərrikinin və onunla əlaqəli avadanlğının işə salınmasını o cümlədən, qayığın istismar qaydalarının öyrənilməsi istiqamətində kurslar təşkil olunur; Yanğınla mübarizə üzrə - Dəniz neft - qaz qurğularında və gəmilərdə işləyən işçilərin yanğınla mübarizə, yanğının qarşısının alınması, şəxsi təhlükəsizlik və ictimai məsuliyyətin öyrədilməsi üzrə bilik və bacarıqlarının artırılması üçün tüstü labirintləri və trenajorlarla təchiz olunmuş poliqonun olması xüsusi əhəmiyyət kəsb edir.