TEZ-TEZ SORUŞULAN SUALLAR

1. Mən TTSİ-nin Təlim Mərkəzlərində ixtisasartıma kursunda oxumaq üçün necə müraciət etməliyəm?
Cavab: Bunun üçün ttsi.socar.az veb saytında olan “onlayn müraciət” bölməsində ixtisası seçdikdən sonra lazım olan məlumatları yazmalısınız.

2. Mən mühəndis işləyirəm. Bir neçə ixtisas üzrə TTSİ-də biliklərimi artıra bilərəmmi?
Cavab: Bəli. Əgər ixtisasınız uyğun gəlirsə və seçdiyiniz ixtisaslar eyni vaxtda tədris olunmursa seçə bilərsiniz.

3. Mən Azərbaycanda yerləşən xarici şirkətdə işləyirəm. Öyrənmək istərdim ki, TTSİ-nin Təlim Mərkəzlərində qısa müddətli kurslar ödənişlidirmi?
Cavab: Bəli.

4. TTSİ-nin Təlim Mərkəzlərində oxumağın hansı üstünlükləri var?
Cavab: TTSİ-nin Təlim Mərkəzlərində təhsil almaq üçün həm nəzəri dərslər üçün, həm də praktiki təlimlər üçün bütün şərait var. Hər bir dinləyici ilə fərdi məşğul olunur.

5. Kursları bitirdikdən sonra hansı sənəd verilir?
Cavab: Sertifikat (Vəsiqə).

6. Kursları bitirdikdən sonra biliklər necə qiymətləndirilir?
Cavab: Nəzəri dərslərin sonunda imtahan keçirilir. Imtahanlar tam şəffaf elektron qaydada kompüterlərlə keçirilir.İstehsalat təcrübəsi olan təlimlərdə isə istehsalat rəhbərinin rəyi nəzərə alınır.

7. Qısa müddətli kursları bitirdikdən sonra dinləyiciləri işlə təmin edirsinizmi?
Cavab : Xeyr.

8. Mən Bakı şəhərində yerləşən 12 saylı peşə məktəbində “elektrik qaynaqçı” peşəsi üzrə təhsil almışam. Bilik və əl bacarıqlarımı artırmaq üçün Sizin təhsil müəssisələrində oxuya bilərəmmi?
Cavab: Bəli.